Bank Of Baku

Aİ-də qaz anbarlarının doluluğu tarixi ən yüksək səviyyəsinə çatıb

Aİ-də qaz anbarlarının doluluğu tarixi ən yüksək səviyyəsinə çatıb
# 20 iyun 2023 12:53 (UTC +04:00)

Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluğu tarixi ən yüksək səviyyəyə - 72%-ə çatıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Lüksemburqda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

“Həmçinin qaza tələbatın könüllü şəkildə azaldılması sayəsində də, biz noyabr ayı üçün 90% doluluq səviyyəsinə çatmaq məqsədinə doğru davamlı şəkildə irəliləyirik”, - Kadri Simson qeyd edib.

Kadri Simsonun sözlərinə görə, buna baxmayaraq, Aİ ölkələrindən sayıq qalmaq tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR