Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99,5%-i ötüb.
"APA-Economics"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının məlumatlarında bildirilib.
Məlumata görə, Avropada qaz anbarlarının doluluq səviyyəsi 99,55%-ə çatıb.
Qeyd olunub ki, hazırda anbarlarda olan qazın həcmi 110,2 mlrd. kubmetr təşkil edir.