Bank Of Baku

Aİ-də qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99%-i ötüb

Aİ-də qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99%-i ötüb
# 31 oktyabr 2023 12:14 (UTC +04:00)

Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi ilk dəfə olaraq 99%-i ötüb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının məlumatlarında bildirilib.

Məlumata görə, Avropada qaz anbarlarının doluluq səviyyəsi 99,13%-ə çataraq, yenidən tarixi maksimumu yeniləyib. Belə ki, qeyd olunan göstərici son beş il ərzində bu tarix üçün qeydə alınan orta göstəricidən 9,05 faiz bəndi çoxdur.

Qeyd olunub ki, hazırda anbarlarda olan qazın həcmi 109,24 mlrd. kubmetr təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR