Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 91,5%-i ötüb.
Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 91,6% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 7,99 faiz bəndi çoxdur.
Qeyd olunub ki, hazırda anbarlardakı qazın ümumi həcmi 101 mlrd. kubmetrə yaxındır.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.