Bank Of Baku

Aİ-də qaz anbarlarının ehtiyatları 79%-i üstələyib

Aİ-də qaz anbarlarının ehtiyatları 79%-i üstələyib
# 09 iyul 2024 11:30 (UTC +04:00)

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 79%-i üstələyib.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 79,14% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 9,62 faiz bəndi çoxdur.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 87 mlrd. kubmetr təşkil edir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR