Bank Of Baku

Aİ kəmərlər vasitəsilə qaz tədarükünü şaxələndirib

Kadri Simson

© APA | Kadri Simson

# 21 fevral 2022 17:41 (UTC +04:00)

Rusiyadan tədarükün dayandırılması təqdirində Avropa İttifaqı (Aİ) yaxın gələcək üçün qazla təmin olunacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

Onun sözlərinə görə, Aİ-nin bir neçə il ərzində enerji təchizatını şaxələndirmək səylərinə baxmayaraq, İttifaqın hələ də böyük bir hissəsi idxal olunan qazdan çox asılıdır.

"Məsələn, Cənub Qaz Dəhlizi və Əlcəzair ilə "Medqaz" bağlantısı kimi qaz kəmərləri vasitəsilə tədarükümüzü şaxələndirmişik. Həmçinin, mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına böyük sərmayə qoyulub", - K. Simson qeyd edib.

O əlavə edib ki, qaz ehtiyatlarının həcminin ilin bu vaxtı üçün az olmasına baxmayaraq, qışın sonunadək Aİ-də tələbatı ödəmək üçün anbarlarda kifayət qədər qaz ehtiyatları var: "Biz enerji mənbələrimizi şaxələndirməliyik. Rusiya qazından asılılığımızı azaltmaq üçün, ilk növbədə, bərpa olunan enerjiyə böyük sərmayə qoymalıyıq", - K. Simson qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR