Aİ-nin anbarlarında qazın həcmi 83 mlrd. kubmetri üstələyir

Aİ-nin anbarlarında qazın həcmi 83 mlrd. kubmetri üstələyir
# 27 iyun 2024 12:01 (UTC +04:00)

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 76%-ə yaxındır.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 75,95% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 10,17 faiz bəndi çoxdur.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təxminən 83,3 mlrd. kubmetr təşkil edir.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR