Avropa Komissiyası Avropa İttifaqının (Aİ) dekabrda keçiriləcək sammitində təbii qaz istehlakından hidrogenə keçid strategiyasını təqdim edəcək.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avropanın energetika üzrə komissarı Kadri Simson bildirib.
"Dekabr ayında biz qaz bazarımızın dekarbonlaşdırılmasına və hidrogen bazarının yaradılmasına yönəlmiş geniş qanunverici təşəbbüslər toplusunu təqdim edəcəyik", - K. Simson qeyd edib.