Bank Of Baku

Aİ-nin yeraltı anbarlarında qazın həcmi 100 mlrd. kubmetri keçib

Aİ-nin yeraltı anbarlarında qazın həcmi 100 mlrd. kubmetri keçib
# 24 oktyabr 2022 11:07 (UTC +04:00)

Avropa İttifaqı ölkələrində qışa hazırlıq çərçivəsində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi orta hesabla 93%-i ötüb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, hazırda qeyd olunan göstərici 93,43% təşkil edir (son sutka göstərici 0,25 faiz bəndi artıb – red.) və Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 101,1 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, bu il Aİ ölkələri 1 noyabr 2022-ci il tarixinədək yeraltı qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR