Bank Of Baku

Aİ ölkələrində elektrik enerjisinin qiyməti 700 avronu ötüb

Aİ ölkələrində elektrik enerjisinin qiyməti 700 avronu ötüb
# 25 avqust 2022 15:47 (UTC +04:00)

Bir sıra Avropa İttifaqı ölkələrində elektrik enerjisinin qiyməti 26 avqust tarixi üçün çatdırma şərti ilə bir MVt/saat üçün 700 avronu ötüb.

APA-Economics”in verdiyi xəbərə görə, bunu “Nord Pool” elektrik enerjisi birjasının məlumatları göstərir.

Məlumata görə, Avstriyada qiymət bir MVt/saat üçün 707,23 avroya, Fransada – 706,32 avroya, Belçikada – 700,41 avroya çatıb, Almaniya, Niderland və Danimarkada isə 690 avronu üstələyib.

Bir gün əvvəl bu ölkələrdə elektrik enerjisinin orta qiyməti 630 avro sərhədini aşmırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR