Bank Of Baku

Aİ ölkələrində yeraltı anbarlarda qazın həcmi 60%-i ötüb

Aİ ölkələrində yeraltı anbarlarda qazın həcmi 60%-i ötüb
# 22 avqust 2026 11:26 (UTC +04:00)

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 60%-i ötüb.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 62% təşkil edir. Bu, son beş ilin eyni tarix üzrə orta göstəricisindən 17 faiz bəndi, ötən ilin eyni dövründə qeydə alınmış 75%-lik səviyyədən isə 13 faiz bəndi aşağıdır.

Bildirilir ki, hazırda Aİ ölkələrinin anbarlarda 68 mlrd. Kubmetrə yaxın qaz mövcuddur.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək olan müddətdə yeraltı qaz anbarlarının doluluq səviyyəsini 90 %-ə çatdırmalıdır. Bununla yanaşı, anbarların doldurulması ilə bağlı mürəkkəb şərait yarandıqda 10 %-lik elastiklik mexanizmi də nəzərdə tutulur.

Beləliklə, 2026–2027-ci illərin payız-qış mövsümünün başlanğıcına qədər normativ tələbin yerinə yetirilməsi üçün Avropanın yeraltı qaz anbarlarına xalis qaz vuruluşunun ən azı 68 mlrd. kubmetr təşkil etməsi lazımdır. Ötən il isə Avropa yalnız təxminən 55 mlrd. kubmetrlik göstəriciyə nail ola bilmişdi.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR