Bank Of Baku

Aİ qaz istehlakını 20%-dən çox azaldıb

Aİ qaz istehlakını 20%-dən çox azaldıb
# 20 dekabr 2022 16:08 (UTC +04:00)

Cari ilin avqust-noyabr aylarında Avropa İttifaqının təbii qaz istehlakı 2017-2021-ci illərin müvafiq dövrünün ortalama göstəricisi ilə müqayisədə 20,1% azalıb.

Bu barədə “APA-Economics” Aİ-nin statistika idarəsi olan “Eurostat”ın məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, Aİ-nin Rusiyanın ənənəvi enerji daşıyıcılarından asılılığına son qoymaq planının bir hissəsi olan qaz tələbinin azaldılması üzrə tədbirlər çərçivəsində 2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər əvvəlki ardıcıl beş ilin eyni dövrünün orta göstəricisi ilə müqayisədə 15% azalma hədəfi müəyyən edilib.

Məlumata görə, 2022-ci ilin avqust-noyabr ayları ərzində əksər Aİ dövlətlərdə təbii qaz istehlakı azalıb. 18 Üzv Dövlətdə istehlak 15%-lik hədəfdən, bəzilərində isə böyük fərqlə (40%-dən yuxarı) aşağı düşüb. İstehlak ən çox Finlandiyada (-52,7%), Latviyada (-43,2%) və Litvada (-41,6%) azalıb.

Altı üzv dövlət təbii qaz istehlakını azaldıb, lakın 15%-lik hədəfə hələ çatmayıb. Bunun əksinə olaraq, təbii qaz istehlakı Malta (+7,1%) və Slovakiyada (+2,6%) artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR