Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Aİ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
# 01 mart 2024 14:55 (UTC +04:00)

Avropa İttifaqı və Azərbaycan arasında təbii qaz, hidrogen və yaşıl enerji sahələrində əməkdaşlıq enerji təhlükəsizliyinin gücləndirilməsi aspektində dəyərləndirilib.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“AK-nın enerji məsələləri üzrə komissarı K.Simsonla təbii qaz, hidrogen və yaşıl enerji sahələrində əməkdaşlığımızı enerji təhlükəsizliyinin gücləndirilməsi aspektində dəyərləndirdik. Qaz və yaşıl enerji dəhlizlərinin inkişafı istiqamətində növbəti addımlarımızı, "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" layihəsinə PMI statusunun verilməsi ilə bağlı prosesi sürətləndirməyi razılaşdırdıq”, - paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR