Bank Of Baku

“Akkuyu” AES gələn ilin payızında işə başlayacaq

“Akkuyu” AES gələn ilin payızında işə başlayacaq
# 01 avqust 2023 14:20 (UTC +04:00)

Türkiyədə inşa edilən “Akkuyu” Atom Elektrik Stansiyası gələn ilin oktyabrında elektrik enerjisi istehsal etməyə başlayacaq.

APA-Economics”in xarıcı mətbuata istinadən məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Akkuyu AES-in birinci enerji blokunda elektrik enerjisinin istehsalına 2024-cü il oktyabrın 29-da başlanacaq. Digər reaktorlar isə bir il fasilələr ilə istifadəyə veriləcək", - nazir bildirib.

“Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR