Enerji effektivliyinin artırılması sahəsində tədbirlərin aparılacağı təqdirdə Azərbaycan ildə 2 mlrd. kubmetr qaza qənaətə edə biləcək.
"APA-Economics"in məlumatına görə, bunu Beynəlxalq Enerji Xartiyasının enerji effektivliyi üzrə əlaqələndiricisi Aleksandr Antonenko Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, enerji effektivliyinin artırılması ölkəyə ildə 315 mln. ABŞ dolları həcmində vəsaitə qənaət etməyə imkan yarada bilər.
"Energetika sektorunda enerji effektivliyinin artırılması sahəsində aparılan tədbirlər nəticəsində Azərbaycan ildə 1,99 mlrd. kubmetr qaza və 314,9 mln. dollara qənaət edə bilər", - deyə A. Antonenko qeyd edib.