Rusiyanın mart ayında gündəlik neft hasilatını 500 min barel azaltmaq qərarı könüllüdür və beynəlxalq məsləhətləşmələr olmadan qəbul edilib.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Bu, könüllü azalmadır - bu barədə heç kimlə məsləhətləşmələr aparılmayıb", - Aleksandr Novak qeyd edib.
Öncə Aleksandr Novak Rusiyanın mart ayında neft hasilatını könüllü olaraq sutkada 0,5 milyon barel azaldacağını bildirib.