Rusiyanın Enerji naziri Aleksandr Novak qlobal neft bazarında böhran vəziyyətinin və OPEC+ qrupu çərçivəsində müzakirə üçün əlavə görüşə ehtiyac olmadığını düşünür.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, böhranlı vəziyyət yaransa da lazımi vaxt hasilatın artırılması və ya azalması qərarı verilə bilər.
“Hazırda biz növbədənkənar toplantını keçirmək və hər hansı bir qərar qəbul etmək üçün səbəb yaradan böhranlı bir vəziyyət görmürük”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.