Bank Of Baku

Almaniya İN: ""Drujba" neft kəmərindəki zədələnmə təxribat deyil"

Almaniya İN: ""Drujba" neft kəmərindəki zədələnmə təxribat deyil"
# 12 oktyabr 2022 15:02 (UTC +04:00)

Rusiyadan Avropaya neft nəql edən “Drujba” neft kəmərindəki zədələnmə təsadüfi olub, təxribat xarakterli deyil.

APA-Economics” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyi Polşa hakimiyyətinə əsasən məlumat yayıb.

Məlumata görə, Berlin vəziyyəti izləyir və bütün maraqlı tərəflərlə sıx əlaqə saxlayır.

Bildirilir ki, Almaniyaya neft tədarükünün etibarlılığına hələ də zəmanət verilir. Almaniyanın neft emalı zavodları Polşa və “Drujba-1” vasitəsilə xammal almağa davam edir.

Çərşənbə günü səhər saatlarında "Drujba" neft kəmərinin Polşa ərazisindəki operatoru kəmərin xətlərindən birində sızma barədə məlumat yayıb.

Boru kəməri Almaniyaya neft tədarükü üçün əsas marşrutdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR