Bank Of Baku

Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar

© APA | Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar

# 11 sentyabr 2026 13:53 (UTC +04:00)

Dünyada enerji ətrafında cəmləşən böhranların dərinləşməsi beynəlxalq enerji əməkdaşlığını əvvəlkindən daha vacib edib.

APA-Economics” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunun yekunlarına dair çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, dünya son illərdə bir-birinin ardınca ciddi böhranlarla üzləşib.

“Pandemiya ilə başlayan proses, Rusiya-Ukrayna müharibəsi və indi Hörmüz böhranı ilə davam edən ABŞ-İran qarşıdurması yeni dövrün bir növ böhranlar və münaqişələr dünyasına çevrildiyini göstərir”, – Bayraktar deyib.

Onun sözlərinə görə, belə şəraitdə beynəlxalq əməkdaşlıq, xüsusilə də enerji sahəsində etibarlı tərəfdaşlıqlar əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.

Bayraktar bildirib ki, Azərbaycan və Türkiyə arasında enerji sahəsində formalaşmış əməkdaşlıq bu baxımdan nümunəvi xarakter daşıyır və Azərbaycan-Türkiyə Enerji Forumu həmin əməkdaşlığın institusional platformasına çevrilib.

Nazir əlavə edib ki, iki ölkənin neft və qaz sahəsindəki əməkdaşlığı davam etsə də, son illərdə bu tərəfdaşlıq daha çox elektrik enerjisi və bağlantı layihələri istiqamətində genişlənir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR