Alparslan Bayraktar: Naxçıvanla olan bağlarımız daha da qüvvətlənəcək

Alparslan Bayraktar: Naxçıvanla olan bağlarımız daha da qüvvətlənəcək
# 29 sentyabr 2023 10:16 (UTC +04:00)

Türkiyə olaraq elektrik və təbii qaz tələbi son 20 ildə 3 qat artan, sadəcə elektrikdə ortalama hər il 4,7 faiz tələb artımı olan bir ölkə olaraq enerji siyasətimizi önümüzdəki vaxtda artmağa davam edəcək, enerji tələbimizi qarşılamaq və enerjidən xaricə bağlılığımızı azaltmağı hədəfləyirik.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında deyib. A. Bayraktar bildirib ki, Türkiyə və Azərbaycan olaraq, Bakı-Tiflis-Ceyhan qaz kəməri, Bakı-Tiflis- Ərzurum və TANAP təbii qaz boru xətləri kimi bölgəmizin ve Avrorpanın enerji güvənliyinə böyük dayaq olan proyektləri, yeni dönəmdə elektrik proyektləri, mədənçilik kimi fərqli sahələrdə də irəliləmək istəyirik:

"Zəngin hidrokarbon qaynaqlara malik olan qardaş ölkə Azərbaycanın da enerji sahəsində bənzər hədəfləri olduğunu bilirik. Hər atdığı addımda dəstəyinizi güclü şəkildə göstərdiyimiz Vətən Müharibəsi ilə işğaldan azad edilən bölgələrdə və Naxçıvanda həyata keçirilməsi planlalan Yaşıl Enerji konseptinin reallaşmasında həm dövlət, həm də özəl sektorda hər zaman Azərbaycanın yanında olacağıq. Enerji Forumumuzun sonunda həyata keçirəcəyimiz layihələrlə, ölkələrimiz arasındakı dostluğu bir daha təkmilləşdirəcək, Naxçıvanla olan bağlarımız daha da qüvvətlənəcək" - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR