Bank Of Baku

Alparslan Bayraktar: SOCAR Türkiyədə böyük sərmayədardır

Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar

© APA | Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar

# 04 iyun 2024 16:54 (UTC +04:00)

Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığımız genişlənir.

APA xəbər verir ki, bu barədə iyunun 4-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

O, xüsusilə enerji sahəsinə toxunaraq, Türkiyə Petrolları (TPAO), BOTAŞ və SOCAR-ın əməkdaşlığının həm Türkiyənin daxili bazarı, həm də sənayesinin inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Qonaq SOCAR-ın Türkiyədə böyük sərmayədar olduğunu deyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş ölkədəki fəaliyyətini məmnunluq hissi ilə qeyd edib. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR