Azərbaycan Mərkəzi Bankının (AMB) "İnzibati və satınalmalar departamenti"nin rəhbəri dəyişib.
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Fərhad Vəliyev sözügedən departamentin rəhbəri təyin edilib. O bu vəzifədə Murad İsgəndərlini əvəz edib.