Bank Of Baku

AQTA sədri: “Qida məhsullarının minerallarla zənginləşdirilməsi mümkün olacaq”

Qoşqar Təhməzli

© APA | Qoşqar Təhməzli

# 12 aprel 2022 13:08 (UTC +04:00)

““Qida təhlükəsizliyi haqqında” qanunun qəbulu AQTA-nın həyata keçirdiyi səlahiyyətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Q. Təhməzli bildirib ki, qida təhlükəsizliyinə bütün sahələrində nəzarət həyata keçiriləcək: “Burada artıq nəzarəti islehlakçılar da həyata keçirəcək. İkincisi, bu qanunda təhlükəli qidaların izlənməsi öz əksini tapıb. Digər bir göstərici ondan ibarətdir ki, qida məhsullarının tərkibində müxtəlif minerallar öz əksini tapır, bir sıra minerallar qida məhsullarında azlıq təşkil edəndə bir sıra xəstəliklər ortaya çıxır. Qida məhsullarında dəmirin, D vitamininin çatışmazlığından bir sıra xəstəliklər meydana çıxır. Bu qanunin qəbulundan sonra qida məhsullarının müxtəlif minerallarla zənginləşdirilməsi mümkün olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR