Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 31.03.2023 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.
Fonddan "APA Economics"ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 65,4%, inkişaf etməkdə olan ölkələr üzrə – 15,2%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,3% təşkil edib. Sərmayələrin qalan hissəsi (12,1%) qızılın payına düşüb.
Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (35,8%), Cənubi Amerika (0,1%), Avropa (28,7%), Yaxın Şərq (0,3%), Avstraliya / Yeni Zelandiya (0,6%) və Asiya / Sakit Okean (15,1%)
Qeyd edək ki, 31.03.2023 tarixinə ARDNF-nin investisiya portfeli 53 437,21 mln. dollara bərabər olub.