TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) üzrə ən yaxın qaz fyuçerslərinin orta qiyməti bu ilin mart ayında min kubmetr üçün təxminən 490 dollara qədər enib, bu da aylıq müqayisədə 1,2 dəfə, illik müqayisədə isə təqribən 3 dəfə azdır.
“APA-Economics” xəbər verir ki, fevralda qeyd olunan göstərici 585 dollar, ötən ilin martında isə 1500 dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.