Avropa bu ilin istilik mövsümünə yeraltı qaz anbarlarında ehtiyat çatışmazlığı ilə daxil olacaq.
"APA-Economi" Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller bildirib.
"Avropadakı yeraltı anbarlarına qazın vurulmasında olan gecikmə aradan qaldırıla bilməz. Avropa payız-qış dövrünə anbarlarında olan kəsirlə daxil olacaq", - A. Miller qeyd edib.