Bank Of Baku

Avropa İttifaqında qaza tələbat daha da azalacaq - PROQNOZ

Avropa İttifaqında qaza tələbat daha da azalacaq - PROQNOZ
# 24 oktyabr 2023 13:49 (UTC +04:00)

Avropa İttifaqında qaza tələbat 2030-cu il üçün daha 15% azalaraq 305 mlrd. kubmetrə qədər enə bilər.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2023” hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, Aİ 2022-ci ildə qaz tələbatını 55 mlrd. kubmetr azaldıb ki, bu da 2021-ci ildə ümumi tələbatın 13%-nə bərabərdir. STEPS (mövcud “iqlim siyasəti”ni nəzərə alan ssenari - red.) çərçivəsində tələbatın azaldılması üçün gələcək səylər davam edəcək və 2030-cu ilə qədər onu daha 50 mlrd. kubmetr azaldmağa imkan yaradacaq.

Proqnoza əsasən, Avropa İttifaqında qaza tələbat 2021-ci ildə 413 mlrd. kubmetr təşkil edib, 2022-ci ildə 358 mlrd. qədər azalıb, 2030-cu ildə isə 305 mlrd. kubmetrədək enə bilər.

Eyni zamanda, qlobal qaz tələbatı 140 mlrd. kubmetr - 2022-ci ildəki 4,159 trilyondan kubametrdən 2030-cu ildə 4,299 trilyon kubametrədək arta bilər.

Qeyd olunur ki, STEPS üzrə 2022-ci ildən 2030-cu ilə qədər təbii qaza tələbat artımı 2010-cu ildən 2021-ci ilə qədər müşahidə olunan 2,2%-lik orta artım tempindən (müvafiq olaraq 3,326 trilyon və 4,218 trilyon - red.) xeyli aşağıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR