Avropa İttifaqının öz nefti yoxdur, təbii qazı da azdır və buna görə də, o, bərpa olunan enerjini inkişaf etdirməlidir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans Avropa Parlamentində deyib.
Onun sözlərinə görə, Aİ enerji transformasiyasını (ənənəvi enerji mənbələrində tədricə imtina edilməsini nəzərdə tutur – red.) sürətləndirməlidir.
"Bizim öz neftimiz yoxdur, öz qazımız çox azdır. Əlbəttə ki, artıq çox uzun müddət kömürə arxalana bilmərik. Öz enerjimizə sahib olmaq üçün yeganə həll yolu bərpa olunan enerjiyə sahib olmaqdır", - F. Timmermans qeyd edib.