Bank Of Baku

Avropa Komissiyası qiymətlərlə bağlı Aİ qaz bazarındakı vəziyyəti araşdırır

Avropa Komissiyası qiymətlərlə bağlı Aİ qaz bazarındakı vəziyyəti araşdırır
# 01 fevral 2022 17:32 (UTC +04:00)

Avropa Komissiyası (AK) tədarükçü şirkətlərin rəqabət qaydalarını pozub-pozmadığını müəyyən etmək üçün qiymətlərin kəskin artması ilə əlaqədar Avropa İttifaqının (Aİ) qaz bazarındakı vəziyyəti araşdırmağa davam edir.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı Avropa Komissiyasına istinadən xəbər verir.

Məlumata görə, Avropa Komissiyası “Qazprom” tərəfindən təqdim olunan məlumatları da öyrənir, lakin ondan əlavə məlumat gözləyir.

"Avropa Komissiyası topdansatış qaz bazarındakı mövcud vəziyyətin bazar iştirakçılarının kommersiya davranışı ilə əlaqələndirilə biləcəyini yoxlamaq üçün hasil edən və Avropaya təbii qaz tədarük edən şirkətlərin mümkün rəqabətsiz davranışları ilə bağlı bütün iddiaları öyrənir", - məlumatda qeyd olunur.

Ötən ilin oktyabr ayında Avropa Komissiyası bazarın bəzi oyunçularına, o cümlədən “Qazprom”a bir sıra sual ünvanlıyıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR