Bank Of Baku

Avropa Komissiyası Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşmaq niyyətindədir - YENİLƏNİB

Avropa Komissiyası Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşmaq niyyətindədir - YENİLƏNİB
# 08 mart 2022 19:38 (UTC +04:00)

Avropa Komissiyası (AK) yaxın gələcəkdə Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşmaq niyyətindədir.

APA TASS-a istinadla bildirir ki, bunu bu gün Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın enerji resurslarından imtina planını təqdim edən Avropa komissarı Kadri Simson deyib.

Simson deyib ki, Avropa Komissiyası Ukraynanın mümkün qədər tez bir zamanda Aİ-nin enerji sisteminə qoşulması üçün hər şeyi edəcək ki, bu ölkədə işıq yanmağa davam etsin:

“Biz bu ölkəni yanacaqla, generatorlarla təmin etməklə ona kömək etməyə davam edirik”.

***

19:17

Avropa Komissiyası yaxın gələcəkdə Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşmaq niyyətindədir.

APA TASS-a istinadən bildirir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı deyib.

Xəbər yenilənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR