Bank Of Baku

Avropa Komissiyası yüksək enerji qiymətləri ilə mübarizə üçün təkliflər hazırlayır

Aİ-nin enerji Kadri Simson

© APA | Aİ-nin enerji Kadri Simson

# 12 oktyabr 2022 12:17 (UTC +04:00)

Gələn həftə Avropa Komissiyası yüksək enerji qiymətləri ilə mübarizə üçün yeni tədbirlər təklif edəcək.

APA xəbər verir ki, bu barədə Aİ-nin enerji üzrə komissarı Kadri Simson Praqada Aİ-yə üzv ölkələrin enerji nazirlərinin görüşündən əvvəl deyib.
O bildirib ki, Avropa Komissiyası bu məsələ ilə bağlı 4 istiqamətdə işləyir: "İşimizin 4 istiqaməti var: tələbin azaldılmasının stimullaşdırılması, üzv dövlətlər arasında həmrəyliyin təmin edilməsi, qaz qiymətlərinə müdaxilə və qazın birgə alışının asanlaşdırılması".

Aİ komissarı deyib ki, bu addımlar enerji qiymətlərini məhdudlaşdıracaq və tədarükün təhlükəsizliyini təmin edəcək.
"Biz hərtərəfli konsensusa əsaslanaraq birlikdə hərəkət etməliyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR