Avropa ölkələri Qara dəniz sualtı kabel layihəsinə qoşulmaqda maraqlıdır

Avropa ölkələri Qara dəniz sualtı kabel layihəsinə qoşulmaqda maraqlıdır
# 01 mart 2024 18:53 (UTC +04:00)

Xəzər dənizinin bərpa olunan enerji resursu kimi külək enerjisi potensialı böyükdür. Bu, Avropanın enerji hədəflərinin yerinə yetirilməsində rol oynaya bilər.

APA xəbər verir ki, bunu Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Bu gün imzalanan Anlaşma Memorandumları açıq bir mesajdır ki, Avropa bərpa olunan enerjiyə sərmayə qoyulmasında maraqlıdır. Bu, bütün iştirakçı tərəflər üçün səmərəlidir”, - Kadri Simson vurğulayıb.

Aİ komissarı Qara dəniz sualtı kabel layihəsi təşəbbüsü barədə danışaraq qeyd edib ki, bununla bağlı bu gün nazirlərin iclasında iştirak edib. O deyib ki, Avropa da bu təşəbbüsə qoşulmaqda maraqlıdır: “Bu, regionun enerji təhlükəsizliyi üçün vacib alternativdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR