Bank Of Baku

Avropa qış mövsümünədək qaz ehtiyatlarını tam bərpa edə bilməyəcək - PROQNOZ

Avropa qış mövsümünədək qaz ehtiyatlarını tam bərpa edə bilməyəcək - PROQNOZ
# 01 sentyabr 2021 18:06 (UTC +04:00)

Avropa ötən qış mövsümündə qaz anbarlarından istifadə etdiyi “mavi yanacağ”ın 25%-ni yeni qış mövsümünədək bərpa edə bilməyəcək.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın “Qazprom” şirkətinin proqnozlarında deyilir.

Avqustun 30-na olan məlumata görə, Avropanın yeraltı anbarlarında qaz ehtiyatları uzun illərdən sonra ən aşağı səviyyədədir.

Məlumata görə, mövcud qazvurma səviyyəsi qorunarsa, bu ilin oktyabrın 12-nə Avropa anbarlarında təxminən 78 mlrd. kubmetr qaz olacağını proqnozlaşdırmaq olar. Bu, keçən qış anbarlardan çıxarılmış 66,2 mlrd. kubmetr qazın 25%-nin və ya 17 mlrd. kubmetr qazın bərpa olunmayacağı deməkdir.

Qeyd olunur ki, ötən il Avropadakı anbarlardan qazın çıxarılması mövsümü məhz oktyabrın 12-də başlayıb.

Xatırladaq ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR