Bu ilin fevralın 12-nə olan məlumata görə, Avropa ölkələri yay mövsümündə yeraltı anbarlara vurulan qazın 90,8%-ni və ya 43,4 mlrd. kubmetrini artıq çıxarıb.
"APA-Economics"in verdiyi məlumata görə, bu barədə Rusiya mətbuatı "Qazprom" şirkətinə istinadən xəbər verir.
Qeyd olunur ki, Avropanın qaz anbarlarının dolululuğu 34%-ə düşüb, bu da ilin müvafiq dövrü ilə müqayisədə 22,9 faiz bəndi azdır.