Bank Of Baku

Avropada avqust ayında qazın orta qiyməti 19% artıb

Avropada avqust ayında qazın orta qiyməti 19% artıb
# 17 avqust 2024 10:50 (UTC +04:00)

Bu ilin avqust ayında Avropada qazın 1 000 kubmetrinin orta qiyməti 430 ABŞ dollarından yuxarı səviyyədə olub.

APA-Economics” xəbər verir ki, əgər iyul ayında TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fyuçerslərin qiyməti 366 dollar təşkil edirdisə, avqustun ilk 16 günü ərzində bu göstərici 19% artaraq 435 dollara yüksəlib.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR