Avropada bu il qaz 28%-dək ucuzlaşacaq - PROQNOZ

Avropada bu il qaz 28%-dək ucuzlaşacaq - PROQNOZ
# 26 aprel 2024 13:12 (UTC +04:00)

Dünya Bankı (DB) 2024-2025-ci illər üçün Avropa və ABŞ-da təbii qazın orta satış qiyməti üzrə proqnozunu yeniləyib.

Bu barədə "APA-Economics" Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2024-cü ildə Avropada qazın qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi, 26,8 kubmetrə bərabərdir) 9,5 ABŞ dolları təşkil edəcək, bu da öncəki proqnoz göstəricisi ilə müqayisədə 3 dollar azdır.

DB-nin proqnozuna əsasən, 2025-ci ildə qeyd olunan göstərici 10,5 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricisi ilə müqayisədə 2,5 dollar azdır.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 13,1 dollar təşkil edəcək, bu da illik müqayisədə 67,5% azdır.

Sənədə əsasən, 2024-cü ildə ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2,4 dollar təşkil edəcək (öncəki proqnoz göstəricidən 0,9 dollar azdır), 2025-cü ildə isə bu göstərici 3,5 dollar səviyyəsində qərarlaşacaq (öncəki proqnozdan 0,5 dollar azdır).

Bildirilir ki, ötən il ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2,5 dollar təşkil edib, bu da 2022-ci ilin güstəricisi ilə müqayisədə 60,1% azdır.

Bankın proqnozuna görə, 2024-cü ildə Avropada qazın qiyməti 1 mln. BTU üçün illik müqayisədə 27,6% azalacaq, 2025-ci ildə isə 10,5 artacaq. ABŞ-da qazın qiyməti cari ildə 5,4% azalacaq, gələn il isə 45,8% artacaq.

Xatırladaq ki, Azərbaycan da Avropaya qaz ixrac edir. Bu, proses Trans-Anadolu kəməri vasitəsi ilə həyata keçirilir. 2020-ci il 31 dekabr tarixindən etibarən kəmərlə İtaliya, Yunanıstan və Bolqarıstan istiqamətində kommersiya təbii qazının nəqlinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR