Avropa bazarlarında təbii qaza olan yüksək qiymətlər gələn il də yer alacaq.
“APA-Economics”in verdiyi məlumata görə, bu barədə “Bloomberg” treyderlərə istinadən xəbər verir.
Məlumata görə, qaz qiymətləri bu həftə rekord səviyyədən aşağı düşüb, lakin treyderlər Avropadakı böhranın 2023-cü ilin yazından tez bitməyəcəyi qənaətindədirlər.
Qeyd olunur ki, forvard müqavilələri (məcburi müddətli müqavilə - red.) qazın 2022-ci ilin ortalarının isti günlərində belə baha olacağını göstərir.
Xatırladaq ki, ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təxminən 1 261,9 ABŞ dolları təşkil edib, bu da öncəki hesablama qiyməti (1 550 dollar) ilə müqayisədə 18,5% azdır. Dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.