Bank Of Baku

Avropada qaz 4%-dən çox bahalaşıb

Avropada qaz 4%-dən çox bahalaşıb
# 29 dekabr 2022 09:57 (UTC +04:00)

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 920 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 28 dekabr tarixində yanvar r fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 919,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (881,4 dollar) ilə müqayisədə 4,3% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR