Yanvarın 29-na olan məlumata görə, Avropa ölkələri yay mövsümündə yeraltı anbarlara vurulan qazın 80,3%-ni və ya 38,4 mlrd. kubmetrini artıq çıxarıb.
"APA-Economics"in verdiyi məlumata görə, bu barədə Rusiya mətbuatı "Qazprom" şirkətinə istinadən xəbər verir.
Qeyd olunur ki, Avropanın qaz anbarlarının dolumluluğu 39%-ə düşüb, bu da ilin müvafiq dövrü ilə müqayisədə 27,3 faiz bəndi azdır.