Avropa ölkələrində qış mövsümünün başlamasına bir həftə qalmış yeraltı anbarlarda qaz ehtiyatları 2011-ci ildən bəri ən aşağı səviyyə enib, bu da son 10 ildə qeydə alınan ən minimal göstəricidir.
Bu barədə “APA-Economics” “Reuters”ə istinadən xəbər verir.
Avropa Qaz İnfrastrukturu Assosiasiyasının məlumatlarına görə, Avropa İttifaqı ölkələrində və Böyük Britaniyada qaz anbarları hazırda təxminən 72% doludur.
Məlumata görə, bir il əvvəl (2020-ci ilin payızında) anbarların həcmi 94% dolu idi. Onillik ortalama məlumatlara görə, bir qayda olaraq sentyabrın sonunda qaz anbarlarının 85% dolu olur.
Agentlik qeyd edir ki, Avropada qış mövsümü oktyabrın 1-dən başlayacaq, o zaman həm qaza olan tələbat, həm də qiymətlər artmağa başlayacaq.