Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 400 ABŞ dollarını ötüb.
"APA-Economics" xəbər verir ki, 30 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 411,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 14,4% çoxdur.
***
10:22
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 210 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
"APA-Economics" xəbər verir ki, 29 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 211,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,9% çoxdur.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.