Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 9 00 ABŞ dolları həddini keçib.
"APA-Economics"in məlumatına görə, 22 fevral tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) mart fyuçerslərinin qiyməti 934,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 10,2% çoxdur.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.