Bank Of Baku

Avropada qazın qiyməti 1 000 dollardan aşağı enib - YENİLƏNİB

Avropada qazın qiyməti 1 000 dollardan aşağı enib - YENİLƏNİB
# 24 oktyabr 2022 13:54 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin iyunun 14-dən ilk dəfə olaraq, 1 000 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 24 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 990,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə (1 150,9) müqayisədə 13,9% azdır.

***

10.47

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 060 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 24 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 059,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə (1 150,9) müqayisədə 7,9% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR