Bank Of Baku

Avropada qazın qiyməti 1 000 dolları ötüb

Avropada qazın qiyməti 1 000 dolları ötüb
# 23 fevral 2022 18:06 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 000 ABŞ dolları həddini keçib.

"APA-Economics"in məlumatına görə, 23 fevral tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) mart fyuçerslərinin qiyməti 1 004,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7,8% çoxdur.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR