Bank Of Baku

Avropada qazın qiyməti 1 300 dolları ötüb

Avropada qazın qiyməti 1 300 dolları ötüb
# 21 oktyabr 2022 10:11 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 300 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 20 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 302,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 14% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR