Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 400 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
“APA-Economics” xəbər verir ki, 31 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 382,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,6% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.