Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin 1 400 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
"APA-Economics" xəbər verir ki, 31 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 388,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0,1% çoxdur.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.