Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 366 ABŞ dollarından bir qədər yuxarı səviyyədə qərarlaşıb.
"APA-Economics"in məlumatına görə, 24 fevral tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) mart fyuçerslərinin qiyməti 1 366,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 33%-dən çoxdur.
Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.