Bank Of Baku

Avropada qazın qiyməti 1 500 dollardan aşağı enib

Avropada qazın qiyməti 1 500 dollardan aşağı enib
# 10 oktyabr 2022 10:50 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin 29 iyun tarixindən bəri ilk dəfə olaraq 1 500 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 10 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 489 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 6% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR