Bank Of Baku

Avropada qazın qiyməti 1 500 dolları keçib

Avropada qazın qiyməti 1 500 dolları keçib
# 14 dekabr 2022 10:01 (UTC +04:00)

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 13 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 511,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 490 dollar) ilə müqayisədə 1,5% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR